Bakıda “Peugeot” qəzada yandı

Yandi-1

Bakı şəhəri, Nizami rayonunda “Peugeot” markalı minik avtomobili ilə Opel Astra markalı minik avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

FHN mətbuat mərkəzindən daxil olan məlumata görə, qəza nəticəsində “Peugeot” markalı minik avtomobilin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:30-də yanğınsöndürənlər tərəfindən söndürülüb.