200 min kitab bir yerə yığıldı

kitab

Moskvada dünyanın 63 ölkəsindən minlərlə nəşr evi bir yerə yığışıb.

XALQ.AZ-ın məlumatına görə, burada nəşr evləri insanları işıqlı dizayn, dəf və qavallarla və əlbətdəki isti kofe masasına dəvət etməklə özlərinə cəlb etməyə çalışır.

Səriştəli kitabsevərlər yaxşı bilir ki, buradan əliboş qayıtmaq qeyri mümkündür. Bunu yaxşı bilənlər “kitab cənnəti”nə özləri ilə təkərli və ya kürək çantası gətirir.

Sərgiyə girdikdə özünü “kitablar diyarı”nda tapırsan. Burda daha nə yoxdur ki- həm ən son yeniliklər və klassika- bərk və yumuşaq üzlüklə, özünlə götürəndə rahat olmaq üçün- müxtəlif dillərdə 63 ölkədən nə az-nə çox düz 200 min kitab. Bu əsl rekorddur. Fransız, Ərəb, Çin dilində kitablar…hər bir dildə, bütün mövzularda kitablar seçmək olar.

Burada kağız cild kitab növünün rəqibi sayılan elektron kitablar və yenilikləri də mövcuddur. Düzdür, skeptiklər iddia edirdi ki, elektron kitablar kağız kitab növünün məhvinə gətirib çıxaracaq, ancaq bu belə deyil. Hər bir halda kağız kitab növünün romantikasını və görünüşünü heç nə ilə dyişmək olmaz.

“Bir insan öz rəfində kağız kitab növün saxlayır, gecə yatmazdsan öncə pxoyur, işə gedəndə yolda isə elektron variant oxuyur. Bu dünyanın ideal görüntüsüdür” deyə Rusiya kitab birliyinin nümayəndəsi Marina Abramova qeyd edir.