Qaradağ sakini evinin yanında güllələndi

ov

Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hadisə zamanı Dostluq küçəsi ev 2, mənzil 13-də yaşayan 1960-cı il təvəllüdlü Nəbiyev Şaban Məmməd oğlu yaşadığı ünvanın yaxınlığında güllələnib. Naməlum şəxs ona ov tüfəngi ilə bir neçə dəfə atəş açıb. Qarın və bud nahiyyəsindən güllə yarası alan Şaban Nəbiyev ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra Qaradağ rayon polis idarəsi və 38-ci polis bölməsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Zərərçəkən Şaban Nəbiyevin huşu özündə olmadığından onun izahatını almaq mümkün olmayıb.

Araşdırma zamanı isə başqa məqamlara da ortaya çıxıb. Belə ki, güllələnən şəxs iki ay bundan əvvəl həbsxanadan azadlığa buraxılıb. Şaban Nəbiyev 2007-ci il yanvar ayının 9-da Qaradağ rayonu ərazisində iki nəfəri güllələyib. Həmin hadisə zamanı Nəbiyev vətəndaş Ələsgər Quliyevi qətlə yetirib, İntiqam Babayevi isə yaraladıqdan sonra hadisə yerindən qaça bilmişdi. Amma sonradan polislər Şaban Nəbiyevi yaxalamağa müfəffəq olmuşdular.

Ötən gecə baş verən hadisənin də onun 7 il əvvəl qətlə yetirdiyi Ələsgər Quliyevin yaxınları tərəfindən törədildiyi ehtimal olunur.

Bölmədən verilən məlumata görə, hazırda cinayəti törədən şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir.