Bakıda qadını döyüb, qaçırmaq istədilər

Qacirtma

Bakı şəhərinin Səbail rayonunda xuliqanlıq hadisəsi baş verib.

XALQ.AZ-ın məlumatına görə, hadisə barədə polis İdarəsindən lent.az-a xəbər verilib. Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 50/52, mənzil 24-də yaşayan 1975-ci il təvəllüdlü Kərimova Samirə Ağamehdi qızı zorakılıqla üzləşməsi barədə müraciət edib.

Qadın bildirib ki, gecə saat 01 radələrində yaşadığı evin qarşısında 3 nəfərlə mübahisə edib. Mübahisə zəminində həmin şəxslər 39 yaşlı qadını döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Bundan sonra həmin şəxslər S.Kəsimovanı “VAZ 2106” markalı avtomobilə əyləşdirərək aparmaq istəyiblər. Qadınan hay-küy saldığını gördükdə isə planlarını yarımçıq saxlayaraq uzaqlaşıblar.

Bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan 39 yaşlı qadın Kliniki Tibbi Mərkəzə müraciət edib.

Faktla bağlı araşdırmalar aparılır