Ermənilər Azərbaycanda taxıl biçirlər

Taxil

Ermənistan tərəfi Azərbaycanin isgal olunmus ərazilərinin qanunsuz istismarına davam edir.

XALQ.AZ-ın məlumatına görə, təmas xəttində yerləşən kəndlərin sakinlərindən əldə etdiyimiz məlumata görə qarşı tərəf Ağdamın işğal altındakı Göytəpə kəndində taxıl biçininə başlayıb. Səhər saatlarından başlayaraq ərazidə bir neçə kombayn görünüb. Hazırda biçin işləri davam etdirilir.

Onu da qeyd edək ki, Tərtərin cəbhə xəttində yerləşən Qapanlı kəndinin əkin sahələri Ermənistan silahlı qüvvələrinin mövqelərindən aydın göründüyü üçün sakinlər doğma torpaqlarında yalnız hava qaralandan sonra təsərrüfat işlərinə başlayır. Sakinlər deyir ki, ötən illərdə dəfələrlə sahədə işləyən texnika qarşı tərəfin atəşinə məruz qalıb.