Bakıda səhər faciə yaşandı

Meyit

Bakının Suraxanı rayonu ərazisində gənc qadın meyidi tapıblar.

Rayon Polis İdarəsindən verilən məlumata görə, meyid saat 08:16 radələrində Zığ şosesi ərazisində tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, tapılan meyidin yaşı təxminən 35 olar. Onun avtomobil zərbəsində öldüyü müəyyən edilib.

Polis hazırda ölən qadının kimliyini araşdırır. Qadının hansı avtomobil tərəfindən vurulduğunu müəyyən etmək üçün əməliyyata başlanıb.

Faktla bağlı araşdırma aparılır.