Bakıda sərxoş dənizə düşüb

Deniz
Bu gecə Bakıda sərxoş vəziyyətdə olan bir nəfər dənizə düşüb.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, Bakı şəhəri, Səbail rayonunda “Yaxt klub”-un yaxınlığında (“Bakı-Mərkəz” sularda xilasetmə məntəqəsindən, təxminən, 1 km məsafədə, nəzarət olunmayan ərazidə) 1 nəfər sərxoş halda dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə məlumatın daxil olması ilə hadisə yerinə cəlb olunmuş dalğıc-xilasedicilər həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 04:00-da başa çatıb.