Sumqayıta sürət qatarı

qatar

“Bakıdan Sumqayıta sürət qatarlarının çəkilməsi nəzərdə tutulur”.

XALQ.AZ-ın məlumatına görə, bunu Bakı dövlət layihə insitutunun direktoru İlqar İsbatov Böyük Bakının Regional İnkişaf Planı layihəsinin təqdimatı deyib. O bildirib ki, Böyük Bakının Regional İnkişaf Planı layihəsində bu məsələ təklif kimi öz əksini tapıb.

İ.İsbatov həmçinin qeyd edib ki, layihədə Bakı ilə Sumqayıtı birləşdirəcək metro xəttinin çəkilməsi nəzərdə tutulmayıb:

“Avovağzaldakı stansiyanın davamı kimi Xırdalan istiqamətinə üstünlük verilməsini təklif edirik. Bu stansiya ilə bağlı məsələ Metropolitenin inkişaf planlında da öz əksini tapıb. Ancaq Sumqayıta metro xəttinin çəkilməsi layihədə nəzərdə tutulmayıb”.