“Transseksual, lesbiyan və homoseksuallara yox deyək”

koncata

Dumada Kommunist partiyasını təmsil edən deputat Valeri Raşkin Rusiyanı “Eurovision” mahnı müsabiqəsindən imtina etməyə çağırıb.

XALQ.AZ-ın məlumatına görə, deputat ölkənin müsabiqədən imtina etməsi barədə hökümətə rəsmi müraciət göndərib.

Paşkin Avstriyanın transseksual təmsilçisi Konçita Vurstun qalib seçilməsini insanlığa təhqir kimi dəyərləndirib və ölkəsinin bu yarışmada iştirakını rus xalqına yaraşmadığını bildirib.

“Şənbə günü Eurovision yarışının nəticələrinə ağrısız baxa bilmirdim”, Valeri deyir. “Avropanın sonu yaxınlaşıb. Saqqalı xanııma birinci yeri vermək insanlığa hörmətsizlik və intihar deməkdir! Yeni müsabiqə tamamilə fərqli dəyərlərə əsaslansın. Ttransseksual, lesbian və homoseksualların dəyərlərinə yox”.

Raşkin “Avrasiyanın Səsi” adlı alternativ müsabiqənin yaradılmasını təklif ediи. Onun bu təşəbbüsünü Dumanın deputatlarının çoxu dəstəkləyiblər.