Rəis müavini işdən çıxarıldı

Ramil

Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi həyata keçirilib. XALQ.AZ-ın APA-ya istinadla verdiyi məluata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Adil Həsənovun tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb. Nazirin digər əmri ilə o, Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Xatırladaq ki, Astara rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rəşid Səfərov aprel ayında tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyində işlə təmin olunub.