Bakıda silahlı insident olub

Noyabrın 10-da saat 4 radələrində Nəsimi rayonu ərazisində Ağdam rayon sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Elnur Əliyev xuliqanlıq zəminində tüfəngdən açdığı atəşlə paytaxt sakini Namiq Cəfərova xəsarət yetirib hadisə yerini tərk edib.
 XALQ.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, N.Cəfərov xəstəxanaya yerləşdirilib.

Nəsimi RPİ 20-ci PB keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyev saxlanılıb və ondan 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-17” markalı tüfəng götürülüb.

Orxan