Bakıda sürücünün yuxuya getməsi qəza ilə nəticələnib

85

 

Ötən gecə Bakının Səbail rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. 32 yaşlı Sariyev Sultan Xuduş oğlu idarə etdiyi “Mitsubishi” maraklı maşınla Dilarə Əliyev küçəsi ilə üzü Azneft meydanı istqamətində hərəkətdə olarkən qəfildən avtomaşına nəzarəti itib. Nəticədə yoldan çıxan maşın iri gövdəli ağaca çırpılıb.

Qəza zamanı toqquşma o qədər güclü olub ki, minik avtomobilinin ön hissəs tamamilə yarasız hala düşüb. Hadisədən yüngül sıyrıqlarla canını qurtaran sürücü qəzanın ani olaraq yuxuya getməsi nəticəsində baş verdiyini bildirib.

Qəzanın təfərrüatları isə baş dövlət yol polis idarəsində araşdırılır. Hadisə yerinin müvafiq müayinələri başa çatdıqdan sonra isə avatomobil cərimə dayanacağına aparılıb.