Bakıda yanğın: ölən var

Yangin

Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

XALQ.AZ-ın məlumatına görə, yanğın hadisəsi Fətəlixan Xoyski küçəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Nərimanov Rayon yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Nəticədə 94 nömrəli binada yaşayan Lüdmila Hakimova xilas edilib. Onun yaralı olduğu deyilir.

Yanğının söndürülməsindən sonra isə aşkar edilib ki, Antonina Hakimova adlı vətəndaş ölüb. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.