Bakıda yeni yol çəkilir

Nobel

Sürücülərin yolda daha az əsəbləşməsi, tixaclarda çox qalmamalari və bu kimi xöşagəlməz hallardan uzaq olmalari üçün daha bir yol, üstəlik 8 zolaqli yol istifadəyə artıq tam hazırdır.

XALQ.AZ-ın məlumatına görə, paytaxtın mərkəzində Nobel prospektinə paralel çəkilən yolda tikinti işlərinin yekunlaşmasına az qalıb.

Layihəyə görə ərazidə dənizə paralel 1,75 km yol çəkiləcək. Həmin yolun sonunda isə dairəvi qovşaq tikiləcək ki, bu da birbaşa Nobel prospektinə çıxışa imkan verəcək.

Hazırda ərazidə yolun hamarlanması işləri gerçəkləşdirilib. Eyni zamanda ərazidə piyada keçidi salınıb. Piyada keçidləri giriş-çıxışlı olacaq. Keçidlərin hər biri müasir tələblərə cavab verəcək. Yeni yolun tikintisi sürücülərin işini də bir qədər asanlaşdıracaq.

Ərazidə torpaq işlərinin 80 % demək olar ki yerinə yetirilib. Yol boyunca səki ilə yanaşı, hərəkət hissəsini ayıran ayrıca zolaq da salınacaq. Gələcəkdə avtomobili ilə yolu burdan düşənlər rahatlıqla parkinqi də həyata keçirə biləcəklər.

Yeni yol Neftçilər prospektindən Nobel prospektinədək uzanacaq.

İylun 2014=cü ilin sonu, 2015-ci ilin əvvəlinə tamamilə istismara verilməsi gözlənilir.