Belinə keçi alan adam (VİDEO)

Efiopiyada çəkilən bir video sosial şəbəkədə izlənmə rekordları qırır.

XALQ.AZ-ın məlumatına görə, Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yaşayan bir nəfərin velosiped sürərərək arxasında keçi daşıması sosial şəbəkə istifadəçiləri tərəfindən gülüşlə qarşılanıb.

Yolda keçən bir avtomobilin içindən çəkilərək ötən gün “Youtube” video platformasına yüklənən 30 saniyəlik qısa görüntünü 20 000-dən çox internet istifadəçisi izləyib.

Ətrafdakılara məhəl qoymayan belinə keçini alan adam isə sakit bir şəkildə yoluna davam edib.