Bakıda yorğan-döşəkli aksiya

Qacqin

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin qarşısında bu gün aksiya keçirməyə cəhd ediblər.

Xalq.az-ın məlumatına görə, ev tələb edən bir məcburi köçkün ailəsi gecə saatlarından etibarən yorğan-döşəklərini binanın önünə atıblar və onların üzərinə uzanaraq öz etirazlarını bildiriblər.

Qeyri-adi formada etiraz edən ailənin Cəbrayıl rayon sakinləri olduğu bildirilir.Etiraz edən Nazilə Bayramova bildirib ki, Mehdiabad qəsəbəsində onlara verilən evi istəmirlər və yaxınlıqdakı ərazidən onlara yeni ev verilməsini tələb edirlər. Həmçinin Komitənin qarşısında məcburi köçkünlər ilə qarşıdurma da qeydə alınıb. Etiraz edən insanlar yolu kəsməyə də cəhd ediblər.