Bu gün Bakının daha bir prospekti bağlanacaq

Prospekt

Bu gün axşam Bakının Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC-dən verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospekti – Kənar yolda (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti – Əsas yoldan istifadə etmələri tövsiyə olunur.

Rənglənmə işləri təxminən, saat 04:00-a qədər davam edəcək.

Qeyd edək ki, Bakıda Heydər Əliyev prospektində Xətai rayonunda yerləşən “Bazarstor” ticarət mərkəzinin qarşısındakı yol qovşağından Böyükşor yol qovşağına qədər hissədə yolun üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bağlanmış əsas yol artıq açılıb.