Bakıda avtobus ilə mikroavtobus toqquşdu

O-1

Bakıda sərnişin avtobusu ilə mikroavtobus toqquşub.

Xalq.az-ın məlumatına görə, Heydər Əliyev prospektində firmalardan birinə məxsus olan “Ford Tranzit” markalı mikroavtobus 204 saylı marşrutla hərəkət edən “Otoyol” markalı avtobusa çırpılıb.

Qəza zamanı xəsarət alan “Ford”un sürücüsü Azad Əhmədov və sərnişini Şəms Tağıyeva xəstəxanaya yerləşdirliblər.

Sabunçu Rayon Polis İdarəsindən Xalq.az-a bildirildi ki, Sabunçu körpüsündən Heydər Əliyev prospektinə çıxışda “Otoyol” xarab olub. Sürücü avtobusu yolun kənarında saxlayıb. Bu zaman arxadan gələn “Ford” ona çırpılıb. Hazırda araşdırma aparılır.