Bakıda yük maşını aşdı (FOTO)

Masin-1

Xəzər rayonunda SHACMAN markalı yük maşını aşıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə rayonun Binə qəsəbəsində baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1971-ci il təvəllüdlü Fariz Əli oğlu Şirəliyevin idarə etdiyi 90 UZ 484 dövlət nömrə nişanlı ŞHACMAN markalı yüş maşını idarəetməni itirərək yol kənarındakı dəmir çəpərə çırpılıb. Zərbənin təsirindən yük maşını aşıb. Xəsarət alan F.Şirəliyevə elə hadisə yerindəcə tibbi yardım göstərilib.

İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb yüksək sürət olub.

Faktla bağlı araşdırma aparılır.

Masin-1