Soyğunçuluq edən 4 gənc tutuldu

Genc

Bakıda soyğunçuluq törətməkdə şübhəli bilinən 4 gənc tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, R.Behbudov küçəsində iki naməlum şəxs Bərdə rayon sakini Zöhrab Hüseynovu döyərək 560 manatını və mobil telefonunu alıblar.

Bakı şəhər Baş Polis İdarəsi (BPİ) Təhlükəsiz Şəhər Xidməti (TŞX) və Nəsimi Rayon Polis İdarəsi (RPİ) 22-ci Polis bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən, 1996-cı il təvəllüdlü Araz Novruzov və 1997-ci il təvəllüdlü Fərid Şəmməmmədov tutulublar.

Bakıda digər soyğunçuluq cinayətinin də üstü açılıb.

Belə ki, avqustun 16-da Xətai prospektində naməlum şəxs Bakı şəhər sakini Ələsgər Fətullayevin üz nahiyyəsindən yumruqla vuraraq cibində olan 1000 manat pulunu götürüb qaçıb. Bakı şəhər BPİ TŞX və Nəsimi rayon Polis İdarəsi 22-ci polsi bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən, 1994-cü il təvəllüdlü Cahangir Eyvazov və 1993-cü il təvəllüdlü Rəşad Dadaşzadə tutulublar.