Azərbaycanda dəhşətli qəza: 2 ölü (YENİLƏNİB)

Qeza

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, qəza zamanı“VAZ” markal minik avtomobilində olan iki nəfər sərnişin – Beyləqan rayon sakinləri İbadlı Ramil Qubad oğlu və İsmayılov Amid Nizami oğlu hadisə yerindəcə dünyasını dəyişib.

***11.42

Ağcabədi şəhərində ağır yol-nəqliyyat qəza hadisəsi baş verib.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” və “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ” markalı minik avtomobilin sürücüsü yaralı, 2 nəfər sərnişini isə qəza nəzticəsində vəfat edib.

Onlar deformasiyaya uğramış avtomobildə sıxılıb vəziyyətdə qalıblar. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü və 2 nəfər sərnişinin cəsədini avtomobildən çıxarıb. Aidiyyəti üzrə təhvil veriliblər.

Əməliyyat saat 07:31-də başa çatıb.