İsmayıllı sakinləri Suriyaya cihada getdi (YENİLƏNİB, FOTO)

ISID

 

İsmayıllı rayonundan Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedən 5 nəfərdən birinin kimliyi dəqiqləşib.

XALQ.AZ-ın məlumatına görə, azvizion.az Suriyada İŞİD cəbhəsinə qoşulan İsmayıllı sakinlərindən birinin peşəkar güləşçi, respublika yarışlarında yüksək nəticələr əldə etmiş idmançı Rəşad Baxşəliyev olduğunu öyrənə bilib.

O, İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib. Rəşad Baxşəliyev ölkə çempionatında bir neçə dəfə birinci və ikinci yerə layiq görülüb.

Ailəsinin bildirdyinə görə, R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə gedib.

İŞİD-ə qoşulan idmançının fotosunu təqdim edirik:

 

12:00

İsmayıllı rayonundan olan 5 mücahid Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedib.

XALQ.AZ-ın məlumatına görə, bu barədə azvision.az-a rayon sakinləri məlumat veriblər. Bildirilir ki, 3 sələfi mücahid həyat yoldaşı və uşaqları ilə birlikdə Suriyadakı döyüşlərdə iştirak etmək üçün gediblər.

Suriyaya cihada gedən Rəşad adlı mücahidin dəfələrə respublika çempionatlarında yüksək nəticələr əldə etmiş peşəkar güləşçi olduğu deyilir.

Sakinlərin sözlərinə görə, onların Suriyaya getmələrindən ailələri sonradan xəbər tutublar.

Mövzuya qayıdacağəq.

Onu da qeyd edək ki, belə hallar əvvəllər də olub.

Resad