Bakının paltar qurudan işıqforları (FOTO)

Isiq

Bakının mərkəzində, “Altes” binasının yaxınlığında maraqlı bir mənzərə sosial şəbəkədə özünə xeyli sayda oxucu toplaya bilib.

XALQ.AZ-ın məlumatına görə, həmin mənzərədə şəhər sakinləri bu dəfə iki işıqforun işığından yox, onların dirəklərindən yararlanaraq paltarlarını qurudurlar.

Şəkildən göründüyü kimi, bu paltarlar çox böyük ehtimalla həmin ərazidə yaşayan həyət evlərinin sakinlərinə məxsusdur. O ərazilərin də “Sovetski”yə yaxınlığını nəzərə alsaq, deyə bilərik ki, həyətlərində bir qarış torpağı olmayan bu vətəndaşlar məcbur olub işıqforların xidmətlərinə “üz tuturlar”.

İşıqforların da üzü həmişə işıqlı olur, bu baxımdan imtina edə bilmirlər…

Isiq