Astronavtlar kosmosda futbol oynadı (VİDEO)

Bu gün start götürən futbol üzrə dünya çempionatı təkcə planetimizdə həyəcanla gözlənilmir.

XALQ.AZ-ın məlumatına görə, Beynəlxalq Kosmik Stansiyada çalışan ABŞ-ın 2 astronavtı – Reid Viseman və Stiv Svenson ilə alman astronavt Aleksandr Gerst mütləq çəkisizlik şəraitində futbol məharətlərini nümayiş etdiriblər.

Onların bu məharəti maraqlı görüntülərə səbəb olub.

Astronavtlar öz sevimli komandalarını yerdən 370 kilometr yüksəklikdə də dəstəkləyəcəklərini bildiriblər.