Ceyhun Osmanlının qardaşı polisdən qovuldu

Ceyhun

Deputat Ceyhun Osmanlının qardaşı daxili işlər orqanlarından xaric edilib.

XALQ.AZ-ın Aktual.az-a istinadən məlumatına görə, bu barədə mötəbər mənbələrdən məlumat verilib.

Məlumatda bildirilir ki, Faiq Osmanlı yeni təyin olunduğu Ağdaş Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad olunub.

Sayt əldə etdiyi məlumatı dəqiqləşdirmək üçün Faiq Osmanlının özü ilə əlaqə saxlayıb. F.Osmanlı bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət etməyi məsləhət görüb.

DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə sayta açıqlamasında məlumatı təsdiqləyib.

Şöbə rəisi bildirib ki, Faiq Osmanlı öz arzusu ilə daxili işlər orqanlarından azad olunması barədə raport yazıb. Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə onun raportu nəzərə alınıb və Faiq Osmanlı daxili işlər orqanlarından xaric edilib.

Xatırladaq ki, bir müddət əvvəl Faiq Osmanlı Göyçay Rayonlararası Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad olunaraq xırda vəzifəyə – Ağdaş Mühafizə Bölməsinə rəis təyin edilmişdi