Bakıya yeni avtobuslar gələcək (FOTO)

A-2

Bakı Şəhər İcra Hakimiyyəti yanında yaradılmış “Baku Bus” nəqliyyat şirkəti “İveco Bus”dan yeni avtobuslar alır.

XALQ.AZ-ın Marja.az-a istinadən verdiyi xəbərə görə, Fransanın “İveco Bus” şirkətində istehsal olunan avtobuslar üçün “Baku Bus” 68 milyon dollar ödəyəcək.

Maye qazla işləyəcək avtobuslar “Avro 6” standartına uyğundur.

“İveco” avtobusların alınmasına dair müqavilə Fransa Prezidenti Fransua Ollandın Bakıya səfəri zamanı imzalanıb. Müqaviləni Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və “İveco Bus” şirkətinin direktoru Piyer Lahutte imzalayıb.

Qeyd edək ki, Azərbaycanın Fransadan 151 avtobus alması planlaşdırılır.

A-2

A-1