“BakuBus”la bağlı SƏRƏNCAM

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri dəyişdirilib.
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, “BakuBus” MMC-nin Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Elnur Əliyevi Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov əvəz edib.