“Leyla, ad günün mübarək!” – Emin Ağalarov

Azərbaycanın Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günü ilə bağlı paylaşım edib.

O, özünün sosial şəbəkə hesabında Leyla Əliyeva, əkizləri Əli və Mikayıl, qızı Əminənin olduğu şəkli paylaşaraq qeyd edib:

“Leyla, ad günün mübarək. Verdiyin istiliyə, hər gün etdiyin yaxşılıqlara, və möhtəşəm övladlarımıza görə çox sağ ol. Xoşbəxt ol”.

Qeyd edək ki, L.Əliyeva və E.Ağalarovun birgə nikahdan əkiz oğulları var.