Balıqçılar FHN-ni ayağa qaldırdı

Xacmaz

Xəzər dənizinin Xaçmaz rayonu sahilində batmaq təhlükəsi ilə üzləşmiş 2 balıqçı xilas edilib.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu ərazisində, Xəzər dənizində (“Nabran” sularda xilasetmə məntəqəsindən təxminən, 2 km sola, 700 metr dənizin içərisinə doğru, nəzarət olunmayan ərazidə) 2 nəfər balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxıb. Bu zaman mühərrikin xarab olması səbəbindən suda batmaq təhlükəsi ilə üzləşiblər.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaşlar dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Qayıq yedəyə alınaraq sahilə gətirilib.

Əməliyyat saat 09:25-də başa çatıb.