Bakıda zibillikdən 80 yaşlı kişi meyiti tapıldı

Olu

Ötən gün saat 19:30-da Bakının Nizami rayonunda zibillikdən meyit tapılıb. Nizami rayon Polis İdarəsindən verilən əmlumata görə, meyit Bəhruz Nuriyev küçəsindəki zibillikdə aşkarlanıb. Meyit 80 yaşlarında kişiyə məxsus olub. Meyit parçalara və sellofana bükülmüş vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə polis əməkdaşları çağırılıb. Meyidin üzərində zorakılıq əlamətləri olmayıb. Onun öz əcəli ilə öldüyü güman edilir. Ehtimal edilir ki, meyidi zibilliyə ataş şəxs bunu qorxudan edib. Hələlik həmin şəxsin nə səbəbdən ölməsi və kimliyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.