Su kanalına düşən at xilas edildi

At

Yevlaxda at su kollektoruna düşüb.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Yevlax rayonunda at beton su kollektoruna düşüb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, at 3 metr dərinliyi olan quyuya düşərək köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə atı quyudan çıxarıb.