“Bank of Azerbaijan”dan növbəti biabırçılıq

Bank of Azerbaijan” vətəndaşların pulunu hələ də qaytarmır.

76

Bu haqda XALQ.AZ-a jurnalist Samir Feyruzov məlumat verib.

 

Onun dediyinə görə, bu vaxta qədər bəzi vətəndaşların pullarını  hissə-hissə ödəyiblər.

Dünən isə bankdan müştərilərə deyiblər ki, gedin kimə deyirsinizsə, deyin: “Bank of Azerbaijandan vətəndaşlara deyiblər ki, Hafiz Məmmədov bankın pullarını götürüb aradan çıxıb. Bankda da pul yoxdur”.

Mənbə bildirir ki, bankın pullarının böyük hissəsini  Hafiz  Məmmədov götürüb aradan çıxıb. Ona görə vətəndaşların əmanətlərini qaytarmaq olmur.Verilən digər məlumata görə bankda ciddi problem yaşanıb belə ki,bankın müştəriləri və işçiləri arasında ciidi qarşıdurma yaranıb və bankın təhlükəsizlik xidməti əməkdaşları vətəndaşları bankdan çıxarıblar. Müştərilərin haqlı narazılığına səbəb olan məqam  isə banka yerləşdirilən depozitlərini ala bilməməsidir.

Xatırladaq ki, jurnalist Samir Feyruzovun da “Bank of Azerbaijan”la problemi hələ də həll olunmamış qalır.

20 min manat depozit hələ də jurnalistə qaytarılmayıb. Əvəzində jurnalistə zəng edib hədə-qorxu gəliblər.

 

16