Sabiq mer həbs edildi

 

45

Dağıstanın paytaxtı Mahaçqalanın sabiq meri Səid Əmirov həbs edilib.
ANS PRES-in məlumatına görə, Şimali Qafqaz Federal dairə məhkəməsi sabiq meri qanunsuz silah dövriyyəsində və qəsdən adam öldürmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edib.

Səid Əmirova ciddi rejimli cəzaçəkmə müəssisəsi təyin edilib. O, bütün dövlət mükafatlarından məhrum edilib. Məhkəmə sabiq merlə yanaşı onun bacısı oğlu Yusup Caparova da hökm oxuyub.

O, qanunsuz silah dövriyyəsində və qəsdən adam öldürmədə Səid Əmirovla əlbir olmasında təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.