Bankirlər məni aldatdılar,özümü yandıracam: Qarabağ qazisi

8

 

Bəkir Qasımov:“Tək ümidim ölkə prezidenti İlham Əliyevdir”

Redaksiyasına müraciət edən Bakı şəhəri, Badamdar qəsəbəsi, I massiv 48 ünvanda məskunlaşmış, II qrup Qarabağ müharibəsi qazisi, Qasımov Bəkir Fərhad oğlu çıxılmaz vəziyyətdə olduğunu bildirdi.

Qasımov Bəkir Fərhad oğlu bildirdi ki,Qarabağ döyüşlərində 1990-1994-cü illərdə vuruşaraq yaralanıb və II-qrup əlil olub. Ailəlidir 3-az yaşlı uşağı var.

“Qaçqınlıqla əlaqədar Bakı şəhərində sığınmışıq. Ailəmi dolandırmaq məqsədi ilə iş axtarırdım. Həmyerlilərimin vasistəsi ilə Məmmədov Elşad Pənah oğlunun və Sadıqov Zəki Fərda oğlu ilə tanış oldum.Onlar isə məni yaxşı qarşıladılar. Dedilər ki, bizim qaçqınlara və əlillərə çox hörmətimiz var. Həmin vaxt onların yanında tanıdığım həmyerlilərim də var idi. Elşad və Zəki mənə bildirdilər ki, sənin işin mal aparıb, mal gətirmək olacaq. Biz kiminlə desək onlarla işləyəcəksən. Bir azdan Firuz və Rasim adlı iki şəxs gəldi və dedi ki, bu kağızları imzala sabah işlərin çox olacaq. Mən isə sevinə-sevinə həmin kağızlan imzaladım. Sabahısı gün mənə bildirdilər ki, sənin əmək haqqın hələlik 200 ABŞ dolları olacaq. Bəli həmin vaxt 200 ABŞ dolları mənim üçün böyük pul idi. Mən isə onlara dönə-dönə minnətdarlığımı bildirdim. Beləliklə altı ay onların yanında bir neçə dəfə Azneftin idarəsinə gedib-gəldim. Ancaq mənim işim yalnız fərqli-fərqli sənədləri İmzalamaq olub”

Bakir Qasımov qeyd etidi ki,sonra sentyabr ayının axırlarında ona deyiblər ki, iş müvəqqəti bağlanıb, açılanda sənə bildirəcəyik gəlib işləyərsən.

“Bir müddətdən sonra mənə vergilər nazirliyindən zəng olundu və nazirliyə gəlməyimi bildirdilər.Mən isə onlara bildirdim ki, mənim vergilər nazirliyi ilə nə əlaqəm var, xeyirdirmi? Onlar isə bildirdilər ki, bəs sənin müəssisənin vergi borcu var. Mən onlara bildirəndə ki, mənim müəssisəm yoxdur. Onlar isə cavabda bildirdilər ki, sən 2003-cü il tarixdən müəssisə sahibisən. Həmin vaxt mən Elşad və Zəki ilə danışdım. Onlar isə bildirdilər ki, sənlik heç nə yoxdur. Beləliklə mən əhəmiyyət vermədən getdim rayona.Yenə 3-4 gündən sonra mənə zəng vurdular. Telefonu açan zaman məlum oldu ki, vergilər nazirliyi yenə məni dəvət edir. Sabahısı gün mən VN ibtidai araşdırma departamentinə gəldim.

Həmin vaxt mənə bildirdilər ki, vergidən yayınma halları var. Mən təcili Elşada, Zəkİyə və Vüqara zəng vurdum. Onlar mənə bildirdilər ki, bizim adam indi ora gələr, bır azdan tanımadığım bir adam departamentə gəldi. Həmin adam müstəntiqlə görüşdü, mənə yaxınlaşıb dedi ki, sənə nə vaxt desəm, çıx aradan onda aradan çıxarsan. Beş dəqiqədən sonra mənə dedi ki, çıx aradan. Məndə çıxıb getdim. Bir saatdan sonra Zəki mənə zəng vurub dedi ki, Xalqlar Dostluğu metrosunun yanında görüşək və biz hamin yerdə görüşdük. Zəki mənə bildirdi ki, sən bir müddət buralarda olma biz danışmışıq qısa bir vaxtda hər şeyi həll edəcəyik. Sonra biz sənə deyəndə gələrsən. Mən bildirdim ki, bəs mənim dolanmağım, Zəki dedi ki, narahat olma, Elşadla mən sənin ailənə nə lazımdır kömək göstərəcəyik.Həmin vaxt mənə yol pulu verib getdi”.

Səkkiz ay orda-burda qaldığını bildirən B.Qasımov əlavə etdi ki, Zəki ilə Elşad onu aldadıblar.

“Sonra mən gəlib könüllü olaraq özümü hüquq mühafizə orqanlara təhvil verdim. Məhkəmədə mənə 3-il iş kəsdilər. Apellyasiya məhkəməsi isə əlilliyimi, qaçqınlığımı, himayəmdə 3 az yaşlı uşağımı nəzərə alıb 1 il 3 ay şərti işlə əvəz edərək, 121000 AZN manat mənə vergidən yayınma hallan kimi hökm oxudular. Elşadla, Zəki mənə söz verdilər ki, biz 121000 AZN manatı bağlayacağıq. İndiyə kimi bağlamadıqlarına görə, əlilliyə görə aldığım təqaüdün 70 %-i tutulur. Ailəm pis vəziyyətdə yaşayır.Möhtərəm Prezident ibtidai araşdırma və məhkəmə istintaq zamanı ona görə açıqlamamışam ki, onlar mənə vəd vermişdilər ki, sənə kömək edəcəyik ki, işə xitam verdirək. İşə xitam verildiyindən onlara bildirdim ki, bu pulları siz yeyib dağıtmısız məni aldadaraq heç bir bankın içində mənə saxta sənədlərə qol çəkdirmisiniz və pulları alıb yemisiniz. Ona görə də iş nəzər olduğunu hüquq mühafizə orqanlarına yazıb verəcəm.

Gəlin pulları ödəyin, onlar məni inandırdılar ki, sən narahat alma bir səhvdi etmişik. İşə xitam verdirə bilmirik. Mənə yalvarıb xahiş etdilər ki, bizim adımızı hallandırma. Biz çalışıb pulu sildirəcəyik, əgər sildirə bilməsək özümüz ödəyəcəyik. Sənə də cəza veriləcək. Bizim tutulmağımızın sənə nə xeyri var. Mən də fikirləşdim ki, insanıq bir işdi başıma gəlib, eybi yoxdur. Lakin indi görəm ki, onlar məni yenə də aldadırlar və mən II qrup əlil və müharibə veteranı kimi aldığım təqaüdü onların yeyib taladığı vergi borcunun əvəzinə məndən tuturlar, mən dəfələrlə onlara müraciət edib, dağıdıb taladıqları pulun ödənilməsini tələb etsəmdə mənə bildirirlər ki, get nə bilirsən et, pulumuz çoxdu. Hara şikayət versən pul verib qurtaracağıq, ağlın vardı aldanmayaydın. İşin həqiqi halları yuxarıda qeyd etdiyim kimidi”.

Bakir Qasımov bildirdi ki. başına bu qədər iş gəlib, ailəsini dolandırmağa elə bir gücü qalmayıb.

“Daha bilmirəm nə edim, ümidim Ali Baş Komandanı, prezidentim İlham Əliyevədi. Cənab Ali baş Komandan sizdən xahiş edirəm bu dələduzların, dövlətə qənim kəsilən insanların (əgər bunlara insan demək olarsa) əlindən məni qurtarın”.

Qarabağ qazisi bildirdi ki, onu belə günə salanlardan biri Hal-hazırda Zəki “Unibank”-ın Lizinq şöbəsinin müdiridir. Elşad isə “Bank BTB”-də müdir işləyir. Bu dövləti ulu öndər Heydər Əliyev bizlərə və gələcək nəsillərə miras qoyub. Bu dövlətin yaşaması üçün isə mən və mənim kimilər vuruşaraq sağlamlığını qoyub. Biz sağlamlığımızı dövlətin yolunda qoyduq ki, bu gün belə dələduzların qurbanları olaq. Dövlətin xalqa məxsus olan pulları həmin şəxslər tərəfindən dağıdılır, həmin pullar gələcək nəsillərindir.Cənan prezidnet sizdən istəyim mənim şikayətimi ədalətli araşdırmaq üçün müvafiq orqanlara göstəriş verəsiniz. Həmin vaxt hər şeyi aydın olar. Başqa heç kimə ümidim yoxdur. Məni bu bəladan qurtarın. Buda olmasa məcburam ailəmlə birlikdə BMT-nin nümayəndəliyinin qarşısında özümüzə benzin töküb yandıraq.Yenə ümidim Sizə və birdə Allahadır”. Bəkir Qasımov bildirdi ki. yuxarıda adlarını sadaladığı şəxslərin rəhbərliyi altında 15-20 belə firma olub.

“ İstintaqda işimə baxmırlar, işin ədalətli baxılmasına və cinayət işinin açılmasına köməklik edilsə bütün səsəndləri istintaqa təqdim edə bilərəm. Artıq dözə bilmirəm, məcburam özümü Vergilər nazirliyi qarşısında yandırım. Çün ki, başqa çıxış yolum yoxdu. hara gedirəm şikayətimə baxılmır.” Vətəninfo.az