Milli ordunun mayoru vəfat etdi

 

 

99

Silahlı Qüvvələrinin zabiti, 1969-cu il təvəllüdlü, mayor Rəhimov Bəkir Əvəz oğlu müalicə aldığı hospitalda xəstəlikdən dünyasını dəyişib

Azərbaycan Ordusunun zabiti xəstəlikdən vəfat edib.Hadisə fevralın 15-də Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalında qeydə alınıb. Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1969-cu il təvəllüdlü, mayor Rəhimov Bəkir Əvəz oğlu müalicə aldığı hospitalda xəstəlikdən dünyasını dəyişib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Müdafiə Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə baş sağlığı verib və səbir diləyib.