Baş nazir 18 illik həyat yoldaşından boşanır

Kanadanın baş naziri Castin Trüdo 18 illdir evli olduğu həyat yoldaşı Sofi Trüdodan (Qrequar) boşanır.
XALQ.AZ xəbər verir ki, baş nazir bu barədə sosial şəbəkədə yazıb.
“Sofi və mən bir çox mənalı və çətin söhbətlərdən sonra ayrılmaq qərarına gəldiyimizi bölüşmək istərdim”, deyə siyasətçi qeyd edib.
51 yaşlı baş nazir övladlarının rifahı üçün onun və 48 yaşlı Sofinin şəxsi həyatına hörmət edilməsini xahiş edib. Cütlük artıq ayrılıq müqaviləsi imzalayıb. Kanada qanunlarına uyğun olaraq, sənəd uşaqların qəyyumluğu və maliyyə məsələlərini həll etmək üçün bir il vaxt verir.
Castin Trüdo və keçmiş teleaparıcı və model Sofi Qrequar yeniyetmə yaşlarında tanış olublar. Onlar 2004-cü ildə nişanlandıqlarını elan ediblər və növbəti ilin mayında evləniblər. Cütlüyün 15 yaşlı Ksavye Ceyms və 9 yaşlı Adrian adlı oğulları, həmçinin Ella-Qreys adlı 14 yaşlı qızı var.