Baş nazir 45 illik vərdişindən əl çəkdi

Nazir

Kambocanın baş naziri çətin də olsa, siqareti tərgidib.

XALQ.AZ-ın məlumatına görə, Kambocanın baş naziri Hun Sen keçirdiyi mətbuat konfransında 14 ildir bütün səylərinə baxmayaraq siqareti tərgidə bilmədiyini söyləsə də, lakin xalqa nümunə olmaq üçün istifadə etməməyi qərara aldığını bildirib.

“Bu gün 45 il müddətində çəkdiyim və 14 ilə yaxındır tərgitməyə çalışdığım siqaretdən tamamilə əl çəkdiyimi hamınıza elan edirəm. Bu qərarı əziz xalqıma nümunə olsun deyə verdim.” – deyə 62 yaşlı baş nazir çıxışında səsləndirib.

Qeyd edək ki, fevral ayında Kambocada bir sıra yerlərdə siqaret çəkməyə qadağalar qoyulmuşdu.