Türkiyədə ölən azərbaycanlı tələbələrin meyiti ölkəyə göndərildi (FOTO)

M-7

Türkiyənin Uşak vilayətidə avtomobil qəzası zamanı həyatını itirən azərbaycanlı 3 tələbənin meyiti ölkəyə göndərilib. Uşak Universitetinin tələbə və müəllim heyəti mərhumların ruhuna camaat namazı qılıblar. Tələbələr mərhum dostlarınının xatirəsini kədərlə yad ediblər. Uşak Universitetinin rektoru Sait Çəlik tələbələrin elm yolunda öldüyünü deyib.

“Müqəddəs kitabımızın ilk əmri oxudur. Bu əmrə itaət edib Azərbaycandan universitetimizə oxumaq üçün, təhsil qazanmaq üçün gələn və bu yolda həyatlarını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirəm” – deyə Çəlik qeyd edib.

İki gün öncə baş verən qəza nəticəsində, eyni zamanda, 3-ü ağır olmaqla, 6 nəfər də xəsarət almışdı.

Məlumata görə, hadisə anında avtomobil əvvəlcə yoldan çıxaraq, işıq dirəyinə və ağaclara çırpılıb. Daha sonra isə avtomobil Türkiyə vətəndaşının idarə etdiyi digər minik maşını ilə toqquşub. qəza zamanı ikinci kurs tələbəsi olan azərbaycanlı Əli Kərimli avtomobili sürətlə idarə edirmiş. Qəza törədən avtomobildə olan azərbaycanlı tələbələr Ülvi Sadıqov və Elvin Hüseynov hadisə yerində, Anar Musayev isə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Sürücü Əli Kərimli və Mayis Həsənov və digər avtomobildə olan sürücü Adnan Kan, həyat yoldaşı və iki azyaşlı uşağı isə yaralanıb.

M-9

M-8

M-7

M-6