Baş nazir Fəxri xiyabanda

75

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqronun Baş naziri Milo Cukanoviç sentyabrın 18-də Fəxri xiyabanı ziyarət edib.
XALQ.AZ AzərTAc-a istinadən verdiyi məlumata görə, Milo Cukanoviç ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.