Səhiyyə naziri Ağdama gedir

41

 

Səhiyyə naziri Oqtay Şirəliyev sentyabrın 19-da saat 10:30-da Ağdam rayonu Quzanlı qəsəbəsində Ağdam Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək

 

XALQ.AZ-ın məlumatına görə nazir Ağdam, Tərtər, Ağcabədi, Bərdə, Beyləqan rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
 Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
 Qəbula yazılmaq istəyən vətəndaşlar Ağdam Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər