Azərbaycanda sosial sığınacaqlar olacaq

 

28

Sığınacaqların sayı və yeri dövlət büdcəsi təsdiqlənəndən sonra bilinəcək

Azərbaycanda 2015-ci ildə sosial sığınacaqlar yaradıla bilər. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev açıqlama verib. O, qeyd edib ki, hazırda sosial sığınacaqların hazırlanması ilə bağlı müzakirələr aparılır. Sosial sığınacaqların sayı və tikiləyəcəyi yerlər dövlət büdcəsi təyin edildikdən sonra müəyyənləşəcək.
Nazir Səlim Müslimov isə sosial sığınacaqların tikilməsi prosesinə əmək və əhalinin sosial müdafiəsi nazirliyi ilə yanaşı qeyri hökumət təşkilatları da cəlb oluna biləcəyini qeyd edib. Onun fikrincə, bu işdə nazirlik sifarişçi, QHT-lər isə prosesi həyata keçirən qismində çıxış edəcək.
Sığınacaqlar sosial təminata ehtiyacı olan insanlar, çətin həyat şəraitində olan evsizlər, uşaqlar, əlillər üçün tikilməsi nəzərdə tutulub. (anspress.com)