Baş nazir xəstəxanaya yerləşdirilib

 

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan reanimasiyaya aparılıb. Onun vəziyyəti ağırdır”.

“Axar.az” xəbər verir ki, bu barədə Türkiyənin Odatv.com saytı keçmiş AKP-li millət vəkilinin Tvitter hesabında yazdıqlarına istinadən məlumat yayıb.

Baş nazir Ərdoğanın reanimasiyada olduğu iddiası sosial medianı bir anda qarışdırıb. Son dövrlər Türkiyə hökumətinin müxalif fikirləriylə gündəmə gələn köhnə AKP Elazığ millət vəkili Feyzi İşbaşaran, Tvitter hesabından Baş nazir Ərdoğanın reanimasiyada olduğunu yazdıqdan sonra sosial mediada bu xəbər müzakirə edilməyə başlanıb.

Millət vəkili tvitter hesabından yazıb:

“Baş nazir reanimasiyada .Səhv məlumat olsun istəyirəm… Yaşadıqları çox ağır…

Allah insana bir ömür verir… Bir də ağıl… Taleh tam ikisinin ortasında.. Allah Tayyib bəyin günahlarını əfv etsin. Dünən 17:00-dan bəri xəbərim var idi. Allah kimsəyə belə tale göstərməsin! Bir oğru olaraq getdi… Əsla üzülməm… Ölüm üzərinə heç hesab etməm… Hələ siyasətdə əsla… Mən bunları yazarkən bəlkə mən ölmüş ola bilərəm. Amma Baş nazir dopinqli bu qədər! Baş nazirin siyasətə və təbliğata sağlamlığı uyğun olmaya bilər. AK Partiya 12 illik bir Partiya. Yoluna davam etməli. Mən Türkiyə üçün ciddi bir şey yazdım. İnsan ömrü ilə dövlət ömrü çox fərqli . Ölkəsini sevən hər kəs bunu düşünməlidir”.