Baş naziri “istefa verdi”

58
Rusiyanın baş naziri Dmitri Medvedyevin şəxsi twitter hesabı sındırılıb.
Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, xakerlər baş nazirin hesabını sındıraraq onun adından status paylaşıblar. Statusda, “Vəzifəmdən istefa verirəm, hökumətimizin fəaliyyətindən utanıram, bundan sonra fəaliyyətimi fotoqraf kimi davam etdirəcəyəm”,-deyə bildirilib.
Nazirliyin mətbuat xidməti məlumat yayaraq, baş nazirin hesabının hakerlər tərəfindən sındırıldığını təsdiq edib