Baş redaktoru maşın vurdu

24

 

 

Onun həyatını xilas etmək mümkün olmayıb.

“Qarabağ” qəzetinin baş redaktor müavini yol qəzasında ölüb.

 

XALQ.AZxəbər verir ki, bu barədə APA-ya “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlu məlumat verib.

Ə.Mədətoğlu deyib ki, iyulun 17-də Sarvan Ağayev Bakının Xətai rayonu ərazisində yolu keçərkən onu maşın vurub. S.Ağayev hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, hadisə Nobel prospekti 15 ünvanında, “Megafun” Əyləncə Mərkəzinin qarşısında qeydə alınıb.

Jurnalist Bakı şəhər sakini, 24 yaşlı Teymur Məlikovun idarə etdiyi “Hyundai” avtomobili ilə vurulub. Faktla bağlı araşdırma aparılır.
S.Ağayev Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.