Başçı «Bilik Günü»nü necə qazanca çevirdi?

2

 

Süleyman Mikayılov Qaradağdakı orta məktəb direktorlarından pul yığıb.

 

Qaradağın icra başçısı Süleyman Mikayılov 15 sentyabr «Bilik Günü»nü özü üçün əsl gəlir mənbəyinə çevirən ilk rayon rəhbəri kimi tarixə düşdü. XALQ.AZ xəbər verir ki, heç bir rayonda 15 sentyabr günü pul yığımı üçün münasib hesab edilməyib. Amma bu ilkə imza atan icra başçısı məhz bu gün bütün məktəb direktorlarından haqq alıb. İddia edilir ki, Mikayılov bu addımı guya, rayonda yenidənqurma və abadlıq işləri üçün əlavə vəsaitə ehtiyac varmış. Elə bu səbəbdən də direktorlardan rayondakı «ümumi fonda» pul köçürmələri istənilib. XALQ.AZ-a verilən məlumata görə, rayonda yaradılmış «ümumi fond» əslində, birbaşa Suleyman Mikayılovun şəxsi xərclərini qarşılamaq üçün nəzərdə tutulub. İddia edilir ki, həmin «fond» 2 ildir fəaliyyət göstərir və bütün idarə və müəssisə rəhbərləri mütəmadi olaraq ora pul köçürürlər.

 

 

 

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.