Gəncədə torpağ biznesi

3

Gəncə  mərkəzində bir qarış torpaq qızıl qiymətinə olub

Gəncənin   mərkəzində torpaq sahəsi qalmayıb. XALQ.AZ-a verilən məlumata görə, icra başçısı Elmar Vəliyev torpaq alverinə girişmiəsindən sonra rayon mərkəzində hal hazırda bir qarış ərazi tapmaq mümkün deyil.Sakinlərin bildirdiyinə görə, icra başçısı artıq Gəncədə torpaq saxlamayıb hamısını satıb. İddialara görə, İcra hakimiyyətinin başçısı Elmar Vəliyev rayon mərkəzində torpaqları həddindən artıq baha qiymətə satdığından, onu alanların əksəriyyəti elə yerli məmurlar olublar. Hətta belə bir xəbər də dolaşır ki, sözügedən şəxs hazırda illərdən bəri dükan tikərək işlədən şəxslərin də torpaq sahələrini əllərindən almağa hazırlaşır. Üstəlik, o da deyilir ki, həmin dükanlar sökülərək, yerləri başqalarına satılacaq. Elmar Vəliyev  bələdiyyə sədrləri ilə toplantı keçirərərk boş ərazilər haqqında yeni məlumat verilmısini tələb edib. Görünür Gəncə əhalisinə verilən  torpaqlar belə satışa çıxarılacaq.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq