Baxıcı qocanı döydü

qandal

Birləşmiş Ərəb Əmirliklərində yaşlı bir adamın baxıcısı tərəfindən döyülməsini əks etdirən video-görüntülərin yayılması ölkəni ayağa qaldırıb.

Xalq.az-ın məlumatına görə, yaşlı bir adamın qızları atalarına baxması üçün bir kişi baxıcı tutub. Ancaq baxıcı bir müddət sonra yaşlı adamı döyməyə başlayıb. Qızları atalarından edilən şikayətə görə, evin otaqlarına gizli kamera yerləşdirib. Gizli kamera yaşlı atanın şikayətlərini doğru çıxarıb və hind əsilli baxıcının yaşlı adamı müxtəlif zamanlarda dəfələrlə döydüyü görüntüləri əks olunub.

Yaşlı adamın qızları görüntüləri polisə təslim etdikdən sonra baxıcı həbs olunub.