“Bayden istefa ver” çağırışı-Amerika mətbuatı

ABŞ Prezidenti Co Baydenin bəyənilmə reytinqi prezidentliyinin ilk 100 günündə 52% olub.

XALQ.AZ xəbər verir ki, bu barədə sorğunun nəticələrini “The Washington Post” və “ABC News” yayıb. Bildirilir ki, bu göstərici 1945-ci ildən bəri prezidentlər Cerald Ford (48%) və Donald Trampda (42%) aşağı olub.

Sorğuya əsasən, respondentlərin 52%-i Baydenin işini “birmənalı” və “bəzi səviyyədə” bəyənib. Onlardan 90%-i demokratlar, 47%-i müstəqil respondentlər, 13%-i isə respublikaçılardır. Mənfi rəy bildirənlər isə 42% təşkil edib. Yarıdan çox respondent (64%) Baydenin fəaliyyətini koronavirusla mübarizə sahəsində bəyənirlər. Onun iqtisadi fəaliyyətini 52% respondent bəyənir. Daha az insan (37%) Baydenin Meksika ilə sərhəddəki miqrasiya böhranı ilə bağlı fəaliyyəti haqqında müsbət danışıb.

Bundan əlavə, 60% insan prezidentin Konqresdəki Respublikaçıların dəstəyini almalı olduğuna, 30% isə onun müstəqil fəaliyyət göstərə biləcəyinə inanır. Ağ Ev rəhbərinin iqtisadiyyatı stimullaşdırmaq üçün tədbirlər paketini amerikalıların 65% -i dəstəkləyib, 31% -i qarşı çıxıb. Baydenin infrastruktur layihələrinə iki trilyon dollar investisiya yatırma planı sorğuda iştirak edənlərin 52%-i tərəfindən bəyənilib, 35% isə etirazını bildirib. Qeyd edək ki, telefon sorğusu 18-21 aprel tarixlərində ingilis və ispan dillərində keçirilib. Sorğuda 1007 nəfər yetkinlik yaşına çatmış respondentlər iştirak edib.