Baydendən hücum silahları ilə bağlı təklif

ABŞ Prezidenti Co Bayden ABŞ Konqresini ölkədə baş verən son kütləvi atışmalara cavab olaraq hücum silahlarının və yüksək tutumlu silah sandıqlarının satışını qadağan etməyə çağırıb.

Xalq.az xəbər verir ki, bunu Bayden ölkə vətəndaşlarına müraciətində deyib.

“Hücum silahlarına qoyulan qadağanı bərpa etməliyik”, – deyə C.Bayden qeyd edib.

Konqres bu qadağanı qəbul edə bilməsə, ABŞ Prezidenti hücum silahlarının alınması yaşının 18-dən 21-ə qaldırılmasını təklif edib