Rusiya Sakit okeanda hərbi təlim keçirir

Rusiyanın Sakit okean donanması Sakit okeanda təlimlərə başlayıb.

Xalq.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Təlimlərə 40-dan çox döyüş və təminat gəmisi, eləcə də 20 təyyarə və helikopter cəlb olunub.

İyunun 10-na qədər davam edəcək təlimlərə Sakit okean donanmasının komandanı admiral Sergey Avakyants rəhbərlik edir.